Bu 9 il dəhşətli, biabırçı keçdi... - Gümrah Ömər

Bu 9 il dəhşətli, biabırçı keçdi... - Gümrah Ömər
3 sentyabr 2024
# 12:23

"Yuğ Teatrı çağdaş teatr ənənələrini özündə realizə eləyən teatrdır".

Kulis.az xəbər verir ki, bu sözləri Yuğ teatrının rejissoru Gümrah Ömər hazırda keçirilən mətbuat konfransında deyib.

"Yuğ hər zaman milli ruhdan faydalanıb. Bu teatra ayaq açan əsərlər də belə əsərlərdir. Yuğ Teatrının yaradıcı yolu hər zaman davam edəcək. Vaqif İbrahimoğlunun ölümü hamımız üçün kədərli oldu. O bizim üçün həmişə yaşayır. Onun yetirmələri çox önəmlidir. Son illərində xüsusilə rejissor hazırlığına böyük önəm verdi. Təbii ki, biz sizi burda qaşılamaq istəməzdik. 9 il binasız qalmaq çox ağırdır. Burda məcbur olub dekorların arasında məşqlər edirik. Bəzən heç adam bu zala girmək istəmir. Bizim üçün çox çətindir. Sanki mini tamaşalar göstəririk. Biz öz düşüncəmizi ortaya qoymaq istəyirik. Nə vaxta qədər boş məkana tamaşa göstərməliyik? Balaca otaqdır. Hamı orda geyinib-soyunub. Bu 9 il dəhşətli, biabçı keçdi. Əgər bu şəhərin teatra ehtiyacı yoxdursa, köçək gedək. Bəzən özümüz öz tamaşalarımıza baxmaq istəmirik..."

Ülvi Bahadır

# 350 dəfə oxunub

Müəllifin son yazıları

# # #