Brüsseldə “Odinin kodu” filmi nümayiş etdirilib

Brüsseldə “Odinin kodu” filmi nümayiş etdirilib
16 oktyabr 2025
# 13:10

Belçikanın Brüssel şəhərindəki “Flagey” mədəniyyət mərkəzində isveçli rejissor Mikael Silkeberqin Skandinaviya və Azərbaycan mədəniyyətlərinin əlaqələrinə həsr olunmuş “Odinin kodu” sənədli filmi nümayiş etdirilib.

Kulis.az xəbər verir ki, Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə diplomatlar, kinosevərlər, tələbələr, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Film norveçli tədqiqatçı və etnoqraf Tur Heyerdalın nəzəriyyəsindən ilhamlanaraq Qafqaz xalqları ilə vikinqlər arasında mümkün tarixi və mədəni paralelləri araşdırır. Heyerdal təxmin edib ki, “Asir” Azər(baycan) mənasını verə bilər və “Odin” adının mənşəyi qədim Qafqaz xalqı olan udinlər ilə bağlıdır.

Silkeberq bu ekran əsərində Azərbaycan və Skandinaviya ərazilərini gəzərək bu regionlar arasında mədəni və tarixi paralelləri araşdırır, qədim petroqliflərdə və şifahi ənənələrdə oxşarlıqları qeyd edən tarixçi və arxeoloqlarla söhbətlər aparır.

Qeyd edək ki, “Odinin kodu” Silkeberqin Azərbaycan-İsveç əlaqələri haqqında ikinci filmidir. Rejissorun “Xarıbülbül əfsanəsi” adlı ilk ekran əsəri də iki regionun mədəniyyətlərinin kəsişməsinə həsr olunub.

# 170 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər