Bruslinin əsl ölüm səbəbi nə imiş? - Alimlər açıqladı

Bruslinin əsl ölüm səbəbi nə imiş? - Alimlər açıqladı
19 noyabr 2022
# 14:00

İspan alimləri aktyor və döyüş ustası Brüs Linin ölümünə səbəb kimi çoxlu su içməyi göstəriblər.

Kulis.az xəbər verir ki, müvafiq araşdırma “Clinical Kidney Journal”da dərc olunub.

Mütəxəssislər ulduzun vərdişlərini, qohumlarının ifadələrini və cəsədinin yarılma nəticələrini bir araya toplayıblar.

Madrid Universitetinin alimləri bu qənatə gəliblər ki, çoxlu maye qəbul etdikdə qanda natriumun miqdarı kəskin şəkildə aşağı düşür. Aktyorun ölümünə səbəb də hiponatremi-orqanizmdə mayenin çoxluğu olub. Alimlər onu qeyd ediblər ki, Brüs Li marixuanadan istifadə etdiyi üçün bu, onun susuzluğunu daha da artırıb.

Xatırladaq ki, aktyor 20 iyul 1973-cü ildə Honq-Konqda vəfat edib.

# 4942 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #