"Briqada"nın məşhur aktyoru itkin düşdü

"Briqada"nın məşhur aktyoru itkin düşdü
2 iyul 2026
# 13:00

"Briqada" serialının aktyoru Aleksandr Vısokovski Moskva ətrafında balıq tutarkən itkin düşüb.

Kulis.az xəbər verir ki, bu barədə "REN TV" kanalı məlumat yayıb.

Sənətçinin həyat yoldaşının sözlərinə görə, bədbəxt hadisə dünən – iyulun 1-də gündüz saatlarında Puşino dili ərazisində, Oka çayında baş verib. Vısokovski oğlu ilə birlikdə balıq tutmağa yollanıb, lakin sahil boyu ondan uzaqlaşaraq gözdən itib və bir daha geri qayıtmayıb.

Çayda güclü axın olduğu üçün çarəsiz qalan qadın könüllülərə və qayıq sahiblərinə müraciət edərək kömək istəyib:

"Fövqəladə Hallar Nazirliyi və 'LizaAlert' axtarış dəstəsi suda axtarış aparmır, bunun üçün vəsait yoxdur. Motorlu qayığı və yaxşı struktur exolotları (sualtı axtarış cihazı) olan hər kəsdən kömək diləyirəm".

O, axtarışa qoşulan könüllülərin benzin xərclərini ödəməyə və sərf etdikləri vaxtı kompensasiya etməyə hazır olduğunu vurğulayıb.

# 108 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər