"Brilyant əl"in aktrisasının vəziyyəti pişləşdi

"Brilyant əl"in aktrisasının vəziyyəti pişləşdi
3 aprel 2024
# 15:00

Rusiyanın Əməkdar artisti Svetlana Svetliçnayanın vəziyyəti pisləşib.

Kulis.az xəbər verir ki, 83 yaşlı aktrisa gəzə bilmir və əlil arabasından istifadə edir.

Ayaqlarındakı şiddətli ağrılardan şikayətlənən Svetliçnayaya ikinci dərəcəli diz osteoartriti diaqnozu qoyulub.

Qeyd edək ki, o, "Brilyant əl", "Baharın on yeddi anı", "Görüş yerini dəyişdirmək olmaz" kimi bir çox filmlərdə oynayıb.

# 854 dəfə oxunub

Müəllifin son yazıları

# # #