Bred Pitt evlənməməyə qərar verdi - Səbəb

Bred Pitt, məşhur aktyor

Bred Pitt, məşhur aktyor

4 noyabr 2021
# 13:55

Bred Pitt Ancelina Colidən ayrıldıqdan sonra şəxsi həyatından imtina etmək qərarına gəlib.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, Bred Pitt keçmiş həyat yoldaşı Ancelina Colidən ayrıldıqdan sonra şəxsi həyatından imtina etmək və bir daha evlənməmək qərarına gəlib.

Məşhur aktyorun yaxınlarının dediyinə görə, Pitt üçün Coli ilə boşanma prosesindəki həll olunmalı mühüm məsələlər onu yeni qadınlarla tanış olmaq sevdasından uzaqlaşdırıb. Mənbələrin dediyinə görə, 57 yaşlı aktyor bir neçə görüşə getsə də, onlar ciddi bir münasibət mərhələsinə keçə bilməyib.

Həmçinin sənətçinin tanışları qeyd ediblər ki, keçmiş həyat yoldaşı ilə “müharibə” ona ciddi təsir göstərsə də, mümkün qədər pozitiv olmağa çalışır.

Xatırladaq ki, oktyabrın sonunda məlum olub ki, Kaliforniya Ali Məhkəməsi məşhur Hollivud aktyoru Bred Pittin davam edən uşaq qəyyumluğu işi ilə bağlı şikayətini rədd edib.

# 2848 dəfə oxunub

Müəllifin son yazıları

# # #