Azərbaycan Kinematoqrafçılar İttifaqı yerli klassik animasiya filmlərinin nümayişini təşkil edir.
Kulis.az xəbər verir ki, SSRİ-nin son dövrlərini və müstəqilliyin ilk illərini özündə ehtiva edən bu filmlər o dövrümüzə işıq salır.
Nümayişə Firəngiz Qurbanovanın "Seans", Elçin Hami Axundovun "Güzgü", Arif Məhərrəmovun "Qaravəlli", Vahid Talıbovun "Lağım", "Arzular...Arzular...", Şamil Nəcəfzadənin "İthaf" animasiyaları daxildir.
Filmlər 26 noyabr, saat 19:00-da "Azərbaycan" CinemaPlus-da nümayiş olunacaq. Nümayiş "Azərbaycanfilm" kinostudiyasının və Azərbaycan Dövlət Film Fondunun dəstəyilə həyata keçirilir.
Giriş sərbəstdir.