BMT adından azərbaycanlılara verilən mükafatlar saxtadır - Açıqlama

BMT adından azərbaycanlılara verilən mükafatlar saxtadır - Açıqlama
26 yanvar 2022
# 22:41

"Birləşmiş Millətlər Təşkilatının (BMT) UNCOPA adlı qurumu və ya agentliyi yoxdur. Azərbaycan vətəndaşlarına müxtəlif adda mükafatlar verən bu təşkilatın Cenevrədə yerləşdiyi yazılır. Lakin internetdən onun statusu (QHT? Özəl şirkət?) və digər fəaliyyətləri haqqında məlumat tapa bilmədim. Təşkilatın vebsaytı belə yoxdur".

APA-nın məlumatına görə, bunu BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəsmisi Rəşad Hüseynov öz "Facebook" səhifəsində yazıb.

R. Hüseynov bildirib ki, "bir təşkilat istədiyi adama və ya quruma mükafat verə bilər: "Sadəcə bilməyinizi istəyirəm ki, UNCOPA-nın verdiyi mükafatların BMT ilə yaxından-uzaqdan əlaqəsi yoxdur".

R. Hüseynov daha sonra qeyd edib: " Təəssüf ki, bu hal birinci dəfə baş vermir. Bundan öncə də UNCOPA-dan mükafat almış bəzi dövlət, elm və mədəniyyət təmsilçiləri bunu BMT-nin verdiyini bəyan edib".

O, öz səhifəsində deputat Eldar Quliyev, aktrisa Suğra Bağırzadə, son günlər isə Ruhi Əliyevanın belə mükafat almaları ilə bağlı piar yazı məqalələrin linkini paylaşıb.

Qeyd edək ki, mükafatı təqdim edən Elçin İsgəndərzadə özünü əməkdar müəllim, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi, Avropanın Fəxri Alimi, Mədəniyyət Səfiri və yazıçı kimi təqdim edir.

# 3112 dəfə oxunub

Müəllifin son yazıları

# # #