"Biz yalnız özümüzü eşidirik..." - Alman filosofdan sitatlar

"Biz yalnız özümüzü eşidirik..."  - Alman filosofdan sitatlar
4 avqust 2026
# 16:20

Bu gün məşhur alman filosof, sosioloq və publisist Ernst Bloxun anım günüdür.

Kulis.az onun esselərindən müəyyən hissələri təqdim edir.

"İzlər" essesi:

Yalnız ateist yaxşı xristian ola bilər. Ölməz bir ruhun Cənnətə və ya Cəhənnəmə vasıl olmaq üçün yaradıldığı halda, xadimə kimi bir mətbəxdə əyləşməsi və ya özünü bir mexanik kimi əşyalaşdırılmış görməsi necə də absurd görünür!

Adi günəşin doğuşu, saat siferblatı, şəhər küçəsi, gündəlik iş bizi necə də yalançı bir şəkildə oyadırdı! İnsanlar bu sistemlərin içində özlərini necə də haqsız yerə tapırlar — zamanımız orada deyil, məkanımız orada deyil, hətta məkanımız burada da deyil... Oyanışın bütün sosial hekayəti və əlbəttə ki, mexanikin günü yalandır.

Ölümdə də hər zaman siçanı udmazdan əvvəl onun qaçmasına şərait yaradan zəngin pişikdən bir əlamət vardır.

"Musiqi fəlsəfəsi" essesi:

Biz yalnız özümüzü eşidirik.

Çünki biz tədricən xarici dünyaya qarşı korlaşırıq.

Şəkilləndirdiyimiz hər şey yenidən öz ətrafımıza qayıdır.

Bu, yalnız özünə yönəlik, dumanlı, dalğalanan, isti, qaranlıq və cisimsiz olmaqdan daha çox, hər zaman sadəcə özümüzlə olmaq, sadəcə özünü dərk etmək hissidir.

Bu, maddi bir şeydir və yad bağlılıqları olan bir təcrübədir. Lakin biz meşədə gəzirik və hiss edirik ki, meşənin yuxuda gördüyü şeyik və ya ola bilərik. Biz onun ağac gövdələrinin sütunları arasından keçirik — balaca, mənəvi və özümüz üçün görünməz; onun səsi kimi, yenidən meşəyə və ya günün zahiri görünüşünə və görünürlüyünə çevrilə bilməyən bir şey kimi.

Biz ona — ətrafımızdakı hər şeyin (yosunların, qəribə çiçəklərin, köklərin, gövdələrin və işıq zolaqlarının) olduğu və ya ifadə etdiyi şeyə — sahib deyilik, çünki biz onun özüyük və ona çox yaxın dayanmışıq; bu, şüurun və ya daxililiyin spektral və hələ də ifadə olunmaz təbiətidir. Lakin səs bizdən alovlanıb çıxır — eşidilən not, səsin özü və ya onun formaları deyil.

Bu isə yad vasitələr olmadan bizə yolumuzu, öz tarixi daxili yolumuzu göstərir; elə bir alov kimi ki, onda vibrasiya edən hava deyil, biz özümüz titrəməyə və əynimizdəki xirqələri əynimizdən çıxarmağa başlayırıq.

# 120 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər