“Bir həyat – bir şans” - Narkomaniya ilə mübarizə

“Bir həyat – bir şans” - Narkomaniya ilə mübarizə
27 may 2024
# 17:30

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində “Bir həyat – bir şans” mövzusunda narkomaniya ilə bağlı maarifləndirici tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə rəsmilər, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları, bir sıra mədəniyyət evlərinin rəhbərləri, QHT nümayəndələri, “12 Addım” reabilitasiya mərkəzinin əməkdaşları, həkim-psixoloq, valideynlər, məktəblilər və müəllimlər iştirak ediblər.

Çıxışlarda narkomaniya ilə mübarizə istiqamətində maarifləndirmə, təbliğat və profilaktika işlərinin aparılmasının əhəmiyyətini qeyd edilib.

Tədbirdə yeniyetmə və gənclərin narkomaniyadan və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlar, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, tədbirin sonunda keçmiş narkotik aludəçiləri, hazırda isə “12 Addım” reabilitasiya mərkəzində müalicə olunan şəxslər narkomaniyadan uzaq durmaları üçün tədbir iştirakçılarına çağırış ediblər.

# 516 dəfə oxunub

Müəllifin son yazıları

# # #