"Biganə məşuq" tamaşasının premyerası keçiriləcək

"Biganə məşuq" tamaşasının premyerası keçiriləcək
5 iyun 2023
# 13:50

Iyunun 9-da, saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Kiçik səhnə”sində fransız dramaturqu Jan Koktonun "Biganə yaraşıqlı" pyesi əsasında hazırlanan "Biganə məşuq" adlı tamaşanın premyerası keçiriləcək.

Kulis.az-a teatrın mətbuat xidmətindən verilən məlumata görə, yeni yaradılmış “ArtStudiya” teatr studiyasında hazırlanmış Jan Koktonun “Biganə məşuq” tamaşasında ümumbəşəri duyğular fonunda qadın-kişi münasibətlərindən bəhs olunur. Tamaşanın quruluşçu rejissoru, səhnə və musiqi tərtibatı Aydan Həsənzadəyə aiddir.

İki nəfərlik tamaşada baş rolları Aydan Həsənzadə, Məmmədağa Əlili Canzadə ifa edirlər.

Qeyd edək ki, bir hissəli səhnə əsərində müğənni Lyüsi çox böyük fədakarlıqla sevdiyi adamı yanında saxlamağa, onu qorumağa çalışır. Ancaq Lyüsin sevgisinə qarşı laqeyd olan Emil üçün maddiyyat, pul daha önəmlidir. Bir tərəfdən çox böyük ehtirasla sevən qadın, o biri tərəfdən biganə məşuq... Bu ciddi kontrasın arasında baş verən ziddiyyətli hadisələr bir daha sübut edir ki, hər hansı bir münasibətdə sədaqət və vicdan hissi çox önəmlidir. Əks qütblərdə dayanan bu iki insanın taleyi necə olacaq? Sualın cavabı tamaşada öz əksini tapır.

# 1016 dəfə oxunub

Müəllifin son yazıları

# # #