Beyonsun fanatlarından "irqçilik" ittihamı

Beyonsun fanatlarından "irqçilik" ittihamı
11 sentyabr 2024
# 11:16

Dünyaca məşhur ifaçı Beyonsun fanatları müğənninin Country Musiqi Mükafatına namizəd göstərilməməsinə sərt münasibət göstərib.

Kulis.az xəbər verir ki, Qremmi mükafatlı müğənninin 29 martda satışa çıxan “Cowboy Carter” albomu satış rekordları qırıb, Billboard 200 və Top Country Albums siyahılarında ilk sırada qərarlaşıb.

407 000 nüsxədə satılan albom 2024-cü ilin ən çox satılan albomudur. Beyons Country Musiqi siyahısına düşən ilk qaradərilidir.

Amma albomun rekord qırmasına rəğmən müğənninin mükafata namizəd göstərilməməsi onun fanatlarını hiddətləndirib. Çoxsaylı fanat ordusu sosial şəbəkə hesablarında Beyonsu müdafiə edərək mükafatı qınayıb: “İrqçi olduğunuzu sübut etdiniz”; “İlin ən uğurlu albomunu mükafata təqdim etməmək irqçilik nümunəsidir”; “Beyonsun rekordunu görməzdən gələ bilməzsiniz”.

# 195 dəfə oxunub

Müəllifin son yazıları

# # #