Beyonsun adı "Milyarderlər Klubu"na salındı

Beyonsun adı "Milyarderlər Klubu"na salındı
30 dekabr 2025
# 14:20

Dünyaca məşhur müğənni Beyons rəsmi olaraq milyarder oldu

Kulis.az xəbər verir ki, Forbes jurnalı 44 yaşlı müğənninin adını"Milyarderlər Klubu"nun siyahısına daxil edib.

Sənətçi bu il “Cowboy Carter” turundan, mahnılarından və sponsor müqavilələrindən əldə etdiyi gəlirlərlə 148 milyon dollar qazanıb.

Yeni albomu və konsert turu hələ də böyük həyəcanla gözlənilən müğənni bir neçə ay əvvəl verdiyi müsahibəsində ailəsinin hər zaman vacib olduğunu qeyd edib və yalnız uşaqları məktəbdə olmadığı zaman tura çıxmaq istədiyini bildirib.

# 74 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər