Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanda “Şuşa Günləri” keçirəcək

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanda “Şuşa Günləri” keçirəcək
5 aprel 2023
# 18:00

Azərbaycanın tarixi və mədəni incisi olan Şuşa şəhərinin 2023-cü il üzrə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunması ilə əlaqədar, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu şəhərin zəngin maddi-mənəvi irsinin bütün Türk Dünyasında, eləcə də xarici dövlətlərdə tanıdılması və daha geniş təbliği istiqamətində fəal iş aparmağı davam etdirir.

Kulis.az xəbər verir ki, fondun fəaliyyəti çərçivəsində bu dəfə Azərbaycanın Özbəkistandakı Səfirliyi və nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə əməkdaşlığı ilə Daşkənd şəhərində “Şuşa Günləri” təşkil ediləcək.

“Şuşa Günləri” çərçivəsində dövlət rəsmilərinin, millət vəkillərinin, ölkədə akkreditə olunan diplomatik korpusun nümayəndələrinin, eləcə də Türk Əməkdaşlıq Təşkilatlarının rəhbər və təmsilçilərinin iştirakı ilə Fond tərəfindən hazırlanmış Şuşanın və bütövlükdə Qarabağın tarixi və mədəniyyətini əks etdirən müxtəlif proqramlar, təqdimatlar və konsertlərin təşkili nəzərdə tutulur. Bu tədbirlərin keçirilməsi Şuşa barədə dolğun məlumatın daha geniş yayılmasına, onun bütün dünyada tanıdılmasına öz töhfəsini verəcək.

# 996 dəfə oxunub

Müəllifin son yazıları

# # #