Beynəlxalq Teatr Gününə həsr olunmuş sərgi açılıb

Beynəlxalq Teatr Gününə həsr olunmuş sərgi açılıb
27 mart 2025
# 15:15

Milli Kitabxanada "27 Mart -Beynəlxalq Teatr Günü" adlı ənənəvi kitab sərgisi açılıb.

Kulis.az xəbər verir ki, sərgidə Azərbaycanda teatr sənətinin qədim və zəngin tarixi, ölkəmizdən xaricdə Azərbaycan teatrlarının mövcudluğu, Avropa, Amerika, Rusiya və bir çox başqa yerlərin məşhur teatrları, dünya teatr və kinosunun görkəmli aktyorları, rejissorları haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Bu gün, ənənəvi olaraq, bayram tədbirləri, konsertlər, aktyorluq sənəti üzrə ustad dərsləri, xeyriyyə tamaşaları, yeni əsərlərin premyeraları, istedadlı sənətkarlarla görüşlər təşkil olunur.

Qeyd edək ki, sərgi bir həftə davam edəcək.

# 254 dəfə oxunub

Müəllifin son yazıları

# # #