Beynəlxalq Muzeylər Şurası ilə əməkdaşlıq məsələləri müzakirə olundu

Beynəlxalq Muzeylər Şurası ilə əməkdaşlıq məsələləri müzakirə olundu
16 noyabr 2024
# 16:41

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 16-da Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə Beynəlxalq Muzeylər Şurasının (ICOM) baş direktoru Medea Ekner arasında ikitərəfli görüş olub.

Kulis.az xəbər verir ki, nazir COP29 kimi mötəbər bir tədbirdə iştirak etdiyinə görə xanım qonağa təşəkkür edib. Bildirilib ki, Azərbaycan dövləti tarixi-mədəni irsin qorunduğu muzeylərin fəaliyyətinə xüsusi diqqət göstərir. Azərbaycanın aparıcı muzeyləri fəaliyyətini müasir tələblər səviyyəsində qurur, dünyanın məşhur muzeyləri ilə, o cümlədən ICOM-la əməkdaşlığa əhəmiyyət verirlər.

ICOM-un rəhbəri qurum haqqında məlumat verib, həyata keçirdikləri tədbir və layihələrdən danışıb.

Medea Ekner Azərbaycan muzeylərinin şura ilə əməkdaşlığını yüksək qiymətləndirib, həmçinin, milli komitənin qurumun işində aktiv iştirak etdiyini diqqətə çatdırıb.

Söhbət zamanı Azərbaycan muzeylərinin ICOM-un layihələrinə cəlb olunması, ölkəmizin təşkilatın 2025-ci ildə Dubayda (BƏƏ) keçiriləcək baş konfransında təmsil olunması məsələləri ilə bağlı müzakirə aparılıb.

# 332 dəfə oxunub

Müəllifin son yazıları

# # #