Beynəlxalq Muzeylər Günü münasibətilə sərgi açıldı

Beynəlxalq Muzeylər Günü  münasibətilə sərgi açıldı
18 may 2024
# 12:00

Azərbaycan Milli Kitabxanası “18 May - Beynəlxalq Muzeylər Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisini istifadəçilərə təqdim edib.

Kulis.az xəbər verir ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr tam mətnləri ilə nümayiş olunub.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Beynelxalq_Muzeyler_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

Ənənəvi kitab sərgisində isə dünya muzeyləri, xüsusən Azərbaycan muzeyləri haqqında. eləcə də muzey işi ilə bağlı kitablar Azərbaycan və müxtəlif dillərdə yer alıb.

Ənənəvi kitab sərgisi bir həftə davam edəcək.

# 560 dəfə oxunub

Müəllifin son yazıları

# # #