Beynəlxalq Bişkek Film Festivalı başladı

Beynəlxalq Bişkek Film Festivalı başladı
12 iyun 2025
# 09:15

Qırğızıstanda 3-cü Beynəlxalq Bişkek Film Festivalının prezident Sadır Japarovun iştirakı ilə açılış mərasimi olub.

Kulis.az xəbər verir ki, bu il üçüncü dəfə təşkil olunan və Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Bişkek Film Festivalının açılış mərasimindən əvvəl mavi xalça paradı keçirilib.

Festivalın açılış mərasiminin keçirildiyi Bişkek Konsert Salonuna gələn kino dünyasının tanınmış simaları və qonaqlar mavi xalça üzərindən keçiblər.

Tədbiri giriş sözü ilə Nazirlər Kabinetinin sədri Adilbek Kasıməliyev və mədəniyyət, informasiya və gənclər siyasəti naziri Mirbek Mambetəliyev açıblar.

Rejissorlar, yazıçılar, prodüserlər, aktyorlar, kino tənqidçiləri və ekspertləri bir araya gətirən festival 33 ölkədən 120-dən çox qonağı qəbul edir.

Qeyd edək ki, festivala 40 film təqdim olunub və onlardan 4-nün premyerası olacaq.

# 116 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #