Bəyəndiyi qadınla xəyal quran oğlan, hara gedirsən soruşan xala, noutbuku qucağında daşıyan kişi – Rayon avtobusundakı ən unikal 15 azərbaycanlı

Bəyəndiyi qadınla xəyal quran oğlan, hara gedirsən soruşan xala, noutbuku qucağında daşıyan kişi – Rayon avtobusundakı ən unikal 15 azərbaycanlı
28 dekabr 2021
# 17:15

Kulis.az bayram ərəfəsində rayona, kəndə gedən 15 tip və onların xüsusiyyətini təqdim edir.

Qulaqlığı bədənin bir əzası sanan yeniyetmə

Elə bil o əzəldən qulaqlıqla doğulub. Hara getsə, qulağında sırğa kimi sallanır. Özü də dinlədiyi mahnını elə yüksək səslə qoyur ki, bütün avtobus əhli onu eşidir. Təbii, o, dünyadan o qədər təcrid olunub ki, avtobus əhlinin başını bulaya-bulaya ona baxmasını görə bilmir.

Счастливый человек с наушниками, сидя на сиденье автобуса | Бесплатно Фото

Yolüstü çayxanalarda düşməyən gənc

Bu tip heç vaxt çayxanaya düşməz. Uzaqbaşı avtobus dayananda siqaret çəkmək üçün, ya da tualetə getmək üçün fasilədən istifadə edər. O, çayxanada domino çırpan, nərd oynayan, ucuz çay içən adamları heç vaxt başa düşməz.

Çayxana sahibi və müştəriləri cəzalandırıldı

Avtobusdakı bəyəndiyi qadınla xəyal quran oğlan

Tərslikdən qadın elə bir yerdə oturub ki, onu görməyi mümkünsüz olur. Ancaq xəyallar azad və sərhədsizdir. Qadın yerindən durar, o olan yerə yaxınlaşar, yanında oturub başını onun çiyninə qoyar, sonra başını qaldırıb üzünə baxar, oğlan onun təbəssümündən ürəklənib dodağını onun dodağına tərəf uzadar... Bu yerdə avtobus çuxura düşüb silkələnər və oğlan xəyaldan oyanar.

Pissst baksana sen o musun - Magazin Haberleri

Qrupla getsə də, təkliyi sevən qız

O, hər yedə təkdir – kafedə, universitetdə, növbələrdə. Yanında kim olur-olsun, onun təkliyini heç kim doldura bilməz. Onun təkliyi insanlarla doludur.

Elektrikli paten, elektrikli otobüs, sıkıcı şirket, HD masaüstü duvar  kağıdı | Wallpaperbetter

Anasının yolluğunu yeməyən gənc oğlan

Xüsusən yağlı yemək oldusa. Onu salafondan açmaq, salfetka yoxdusa, əlinə götürüb yemək onluq deyil. Anasının yolluğunu yemək əziyyətindən bir dəfəlik qurtulub yolüstü, mənşəyini bilmədiyi dönərdən dadmaq onun üçün daha məqbuldur.

Pəncərə kənarında oturmağı sevənlər

Kimlər sevir bunu? Yəqin ki, hamı. Özü də bu pəncərə kənarında oturmaq sevdasını sözlərlə izah etmək mümkünsüzdü. Söz acizdi burda. Yola çıxırsansa, mütləq ki, pəncərə kənarında oturmaq istəyərsən. Çünki yolun unudulmaz mənzərələrini görməkdən məhrum olmaq dünyanın ən kədərli anıdır.

Cam Kenarı Bilet Almadığı Halde Cam Kenarında Oturan Yüzsüzün 13 Tipik  Özelliği

Yanında oturan və elə hey danışan adama vecsiz qalan cavan

O, danışır, sən susursan. Elə hey danışır. Mövzunun ipini də itirmisən. Nə danışırdı? Heç bir informasiyan yoxdur. Sənin dinləmədiyini hiss eləmir, deyəsən. Danışmaqdan doymur. Hara çatmışıq, görən?

1. Otobüse biner binmez torununu veya çocuğunu anlatmaya başlayan yaşlı.

Qapıya yaxın oturanda yatmağı yamsılayan adam

Ən pis vəziyyətdir. Qapının yanında oturdunsa, batdın. Kim çıxmaq istəyir, kim içəri girmək istəyir, hamısına sən nəzarət edirsən. Qolların qapını açıb-bağlamaqdan daş kimi olub.

4. Otobüs hareket eder etmez horlamaya başlayan adam.

“Hara gedirsən” sualını verən xala

Bu xalalar hər yerdə var. Bu sual da onların ən fəlsəfi sualıdır. Həyatda tapmaq istədiyi bu sualı dəxli oldu-olmadı, hər yerdə verməyə hazırdır.

Ağlayan körpəni susdurmağa çalışan ana

Özü də düz avtobus tərpənəndə başlayır ağlamağa. Süd istəmir, yatmaq da istəmir, oynamaq da. Sadəcə ağlamaq istəyir. Ağladıqca həyatı daha tez tanıyacağını düşünür.

Toplu taşıma araçlarındayken ağlayan çocuk sesine tepkiniz nedir? -  KizlarSoruyor

Adaptr yeri axtaran adam

Avtobusun ən bədbəxt sakini. Xüsusilə hansısa adamla vacib söhbəti varsa. Və həmin vaxt telefon ölübsə. Bilirsiniz də, telefonlar da ölə bilir. Ancaq onları diriltmək də olur.

Bataryası yüzde 15 'in üzerinde doluyken telefonunu şarja takanlar için  flaş açıklama!

Avtobus saxlamayanda tualeti gələn uşaq

Elə bil o anı gözləyir. Hamı tualetdən qayıdıb, şofer avtobusu hərəkətə gətirir və o an məktəbdə oxuyan uşağın mızıltıları başlayır. Tualet istəyirmiş. İndicə getmədinmi? Xeyri yoxdur. Bir uşağa görə avtobus təzədən dayanmalı, yarım saat da gözləməlidir. Gözləmək uşaqlar üçün adidir, böyüklər üçün dəhşətli.

Yolboyu telefonda qohumlarıyla danışan qadın

Avtobusun bəzəyi, gülü-çiçəyi. Həmişə bir mövzu tapıb telefonda qohumuyla bölüşəcək. Onun üçün yolu qısaltmağın tək variantı budur. Bundan başqa bir çarə bilmir. Bilsə də, eləyən deyil. Çünki telefonda danışmaq onun üçün ən gözəl əyləncədir.

9. Rahatça keyiflice kimseyi rahatsız etmeden kimsenin gözüne batmadan mesajlaşmak varken ne diye arama diye bir seçeneğin olduğuna dair kendi içinizde derin bir hesaplaşmaya girersiniz.

Oturacağa evindəki divan kimi yayılan xala

Hələ imkanı olsa ocaq qalayıb yemək də bişirər. Bu nə rahatlıqdır, xala? Bəlkə çay da istəyirsən?

Noutbuku qucağında daşıyan kişi

Ona dəyməyin. İşgüzardı, çalışqan və zəhmətkeşdi. Hər yer onun üçün iş otağıdır, ofisdir.

BONUS:

Üzeyir Mehdizadənin mahnısını dinləmək məcburiyyəti

# 2753 dəfə oxunub

Müəllifin son yazıları

# # #