"Beyaz Şou" qayıdır - Təfərrüatlar

"Beyaz Şou" qayıdır - Təfərrüatlar
24 fevral 2025
# 17:20

Hazırda “O Ses Türkiye”də münsif kürsüsündə əyləşən Beyazıt Öztürk bir neçə ay əvvəl “Beyaz Şou”nun ekranlara qayıdacağını açıqlamışdı. Yeni mövsümdə tamaşaçılarla görüşü gözlənilən proqramla bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Kulis.az xəbər verir ki, "Gel Konuşalım"da gedən xəbərə görə, "Beyaz Şou" sentyabrda başlayacaq.

Beyazıt Öztürklə telefonla danışan Ece Erken son məlumatı bölüşüb:

"Telefonda danışdıq. "Beyaz Şou" ilə bağlı yeni məlumatlar var. Beyaz yayda çəkilişlərə başlayır. Sentyabrda yayımlanacaq. 12-13 bölüm üçün razılaşıblar, hamısı lentə alınacaq. Deyəsən, qərarlıdırlar".

# 112 dəfə oxunub

Müəllifin son yazıları

# # #