Berlin Film Festivalının qalibləri məlum oldu

Berlin Film Festivalının qalibləri məlum oldu
26 fevral 2023
# 09:00

73-cü Berlin Film Festivalının qalibləri ötən gün məlum olub.

Kulis.az xarici KİV-ə istinadən xəbər verir ki, 73-cü Berlin Beynəlxalq Film Festivalında (Berlinale) fransız rejissoru Nikolas Filibert-in "Sur l'Adamant" filmi ən yaxşı film nominasiyasında "Qızıl Ayı" mükafatına layiq görülüb.

Almaniyanın paytaxtı Berlində keçirilən festivalın mükafatları Berlinale "Palast Cinema"da keçirilən mərasimdə öz sahiblərinə təqdim olunub.

Ən yaxşı baş rol üçün "Gümüş ayı" mükafatı "20.000 Species of Bees" ("20 min arı növü") filmində 8 yaşlı qız obrazını canlandıran ispaniyalı Sofiya Oteroya verilib.

Meksikada bir dağ kəndinin həyatından bəhs edən Tatyana Huezonun rejissorluğu ilə çəkilmiş "The Echo" filmi ən yaxşı sənədli filmə görə 40 min avroluq mükafata layiq görülüb.


Fevralın 16-da başlayan 73-cü Berlinaledə "Qızıl ayı" mükafatı üçün 19 film yarışıb.

# 1453 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #