Benksi nəhəng heykəlin ona məxsus olduğunu rəsmən təsdiqlədi

Benksi nəhəng heykəlin ona məxsus olduğunu rəsmən təsdiqlədi
1 may 2026
# 14:10

Məşhur küçə sənətçisi Benksi Londonun Vaterloo-pleys meydanında qəfildən peyda olan nəhəng heykəlin ona məxsus olduğunu rəsmən təsdiqləyib.

"Gazeta.ru" xəbər verir ki, əsərdə gözləri öz bayrağı ilə örtülmüş kostyumlu bir adamın postamentin kənarından aşağıya doğru yeridiyi təsvir olunur ki, bu da "kor millətçilik" və yanlış yönləndirilmiş siyasətə işarə kimi qiymətləndirilir.

Heykəlin Britaniya hökumət binalarının yaxınlığında yerləşdirilməsi onun siyasi mesajını daha da gücləndirib.

Sənətçinin bu addımı, onun əsl kimliyi ilə bağlı mediada yayılan yeni iddialardan qısa müddət sonraya təsadüf edir.

# 77 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər