Belçikalı müğənni vəfat etdi

Belçikalı müğənni vəfat etdi
25 iyun 2023
# 15:34

Belçikalı müğənni Klod Barzotti 70 yaşında dünyasını dəyişib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının ölüm səbəbi hələ açıqlanmayıb.

K.Barzotti 23 iyul 1953-cü ildə Şateletdə anadan olub. 1981-ci ildə 13 trekdən ibarət "Madam" adlı ilk studiya albomunu buraxıb. Albomdakı eyniadlı mahnı müğənniyə ilk populyarlığını gətirib və disk 400.000-dən çox tirajla satılıb.

Bundan dərhal sonra yayımlanan "Rital" ("İtalyan") sinqlı Barzottinin ən böyük uğuru olub.

# 625 dəfə oxunub

Müəllifin son yazıları

# # #