Belarusun Mədəniyyət naziri Azərbaycan Milli Xalça Muzeyində qonaq oldu

Belarusun Mədəniyyət naziri Azərbaycan Milli Xalça Muzeyində qonaq oldu
4 aprel 2024
# 14:55

Bakıda keçirilən Belarus Mədəniyyəti Günləri çərçivəsində Belarus Respublikasının mədəniyyət naziri Anatoli Markeviç Azərbaycan Milli Xalça Muzeyində qonaq olub.

Kulis.az xəbər verir ki, nazir muzeyin ekspozisiyasında nümayiş etdirilən dəyərli sənət nümunələri ilə tanış olub.

Qonağa bu mədəniyyət ocağının yaranma tarixi və fəaliyyəti, zəngin milli irsimiz sayılan Azərbaycan xalça sənəti, muzeydə qorunub saxlanılan xalçalar, xalça məmulatları, milli tikmə, bədii metal və geyim nümunələri, həmçinin kolleksiyaların zənginləşdirilməsi istiqamətində görülən işlər və digər layihələr barədə məlumat verilib. Zərgərlik fondunu da ziyarət edən nazir Anatoli Markeviç zəngin milli mədəni irsimizlə tanışlıqdan məmnunluğunu ifadə edib, muzeyimizlə bağlı xoş təəssüratlarını xatirə kitabına yazıb.

Qeyd edək ki, qonağa muzeyin Ənənəvi texnologiya şöbəsində toxunmuş xalça hədiyyə olunub.

# 770 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #