Bəhram Bağırzadə: "Rus bölmələrinə ehtiyac var"

Bəhram Bağırzadə:  "Rus bölmələrinə ehtiyac var"
14 iyun 2023
# 14:30

"Müharibə vaxtı sosial şəbəkələrdə mübarizə aparırdım".

Kulis.az xəbər verir ki, Əməkdar artist Bəhram Bağırzadə bu sözləri qonaq olduğu yutub verilişlərinin birində deyib.

Məktəblərdəki rus bölmələrinə münasibəti ilə bağlı suala aktyor belə cavab verib:

"Nəinki rus, Azərbaycan bölməsini də müdafiə edirəm. Ümumiyyətlə bütün uşaqlara dəstəyəm. 200-ə yaxın rus məktəbi açılıb. Demək ki, buna ehtiyac var. Minlərlə insan rus bölmələrində təhsil alır. Mən rusdilli deyiləm, rus dilində danışan azərbaycanlıyam. Hansı dildə danışdığın yox, millətinə nə qədər xeyir verdiyin əsasdır.

Aktyor, həmçinin, rus dilinin cəmiyyətimizə təsiri məsələsinə də toxunub:

"Baxır evdə hansı dildə danışırsan. Mən uşaq vaxtı Azərbaycan dilində danışmışam. Çünki atam da, anam da 190 saylı məktəbdə oxuyublar. Tez-tez soruşurlar ki, Bəhram müəllim, niyə rus dilində yazırsınız? Çünki ingiliscə bilmirəm. Yoxsa bütün statuslarım ingiliscə olardı. Müharibə vaxtı sosial şəbəkələrdə mübarizə aparırdım. Kasparov, Dolina, Martirosyan və başqaları çıxışlar eləyəndə onların cavabını verən yox idi. 4-5 nəfər var idi. Ən zəifi də mən idim".

# 1435 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #