BƏƏ-də ilk qadın simfonik orkestri yaradıldı

BƏƏ-də ilk qadın simfonik orkestri yaradıldı
19 dekabr 2022
# 16:00

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ilk "Firdaus"adlı qadın simfonik orkestri yaradılıb.

Kulis.az xəbər verir ki, orkestrə 20-dən çox ölkədən 50 qadın daxildir.

Bədii rəhbər Alla Rakha Rahman, hindistanlı bəstəkar və “Slumdog Millionaire” filminin “Ən yaxşı orijinal musiqi” nominasiyası üzrə Oskar mükafatçısıdır.

Orkestr dekabrın 22-nə olan proqramında Yaxın Şərqin məşhur melodiyaları, balladaları, flamenko kompozisiyaları və simfoniyalarından ibarət ilk onlayn konsertini verməyi planlaşdırır.

# 840 dəfə oxunub

Müəllifin son yazıları

# # #