“Başqa həyat” kitabı çap olundu

“Başqa həyat” kitabı çap olundu
25 aprel 2022
# 16:20

Bu günlərdə “Qanun” nəşriyyatında yazıçı-jurnalist Adil Zamanın “Başqa həyat” adlı kitabı işıq üzü görmüşdür.

Kulis.az xəbər verir ki, bu kitaba daxil edilmiş “Başqa həyat” romanı “Üçotaqlı mənzil” pyesi­nin məntiqi davamıdır. Pyes və roman Azərbay­can yenidən müstəqillik qazandığı vaxtdan keçən son 30 ildə respublikada baş verən hadisələri əhatə edir. Hər iki əsərdə əsas mövzu Qarabağ münaqişəsidir. Müəllif özünəməxsus şəkildə göstərir ki, hər bir münaqişənin həllində kompromisdən əlavə üçüncü variant da ola bilər. Həmin məqbul variant Qarabağ münaqişəsinin həlli üçün də tapılmalıdır və müəllif Larisa obrazının timsalında bunu qabarıq verməyə çalışmışdır. Oxuculara təlqin olunur ki, obrazlı şəkildə “Bitişik otağın pəncərəsi” adlanan bu metod Qarabağ probleminin dinc yolla və birdəfəlik həlli üçün də uğurla tətbiq oluna bilər.

# 1747 dəfə oxunub

Müəllifin son yazıları

# # #