Baş rejissor teatrdakı qalmaqalı təkzib etdi: "Elə hadisə olmayıb"

Baş rejissor teatrdakı qalmaqalı təkzib etdi: "Elə hadisə olmayıb"
22 sentyabr 2022
# 14:30

Ötən gün jurnalist İntiqam Valehoğlu Mingəçevir Teatrında baş rejissor və direktor arasında gərginliyin olmasını və baş rejissorun teatrda şəraitsiz otaqda qalması barədə “Facebook” səhifəsində məlumat dərc edib.

Kulis.az xəbər verir ki, məsələ ilə bağlı Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru, Prezident mükafatçısı Vüsal Mehrəliyev bu ittihamların əsassız olduğunu bildirib: “Teatrda ştat problemini bütün mətbuat bilir və aktyor ştatı təmizlənməlidir. Bununla bağlı iradımı direktora bildirmişəm. Və teatrın direktoru ilə heç bir problemim yoxdur. Sadəcə ştatın yenilənməsinə və yeni aktyorların dəvət olmasını tələb etmişəm. Direktorla aramda olan söhbətin mətbuata ötürülməsindən xəbərim yoxdur”

Baş rejissorun teatrda şəraitsiz qalmasına isə burda ayıb bir şeyin olmamamasını bildirdi: “Mən teatrda cəmi 2 gün qalmışam. Kirayə qaldığım mənzildən başqa bir mənzilə köçdüyüm ərəfədə 2 gün cəmi teatrda balaca bir otaqda qalmışam. Və burda ayıb yaxud qəribə bir şey görmürəm”.

Turan Etibaroğlu

# 1240 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #