Barselonada köhnə balıq bazarında aparılan qazıntılar zamanı 500-600 il əvvələ aid gəmi qalıqları aşkar edilib.
Kulis.az xəbər verir ki, qazıntı sahəsində aparılan işlər bundan əvvəl İspaniya Vətəndaş Müharibəsindən qalma bir sığınacaq ortaya çıxarmışdı.
Bu ayın əvvəlində arxeoloqlar dəniz səviyyəsindən 5 metr aşağıda gəminin qalıqları ilə rastlaşıblar.
Qeyd edək ki, gəminin konstruksiyasında həm taxta, həm də dəmir mismarlardan istifadə edilib.