"Barbie" və "Oppenheimer" filmlərinin kassa mübarizəsi

"Barbie" və "Oppenheimer" filmlərinin kassa mübarizəsi
15 iyun 2023
# 17:00

Biri ən məşhur oyuncaq firmasının dünyasına daxil olur, digəri böyük atom fizikinin dramını ortaya qoyur.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Marqot Robi və Rayan Qoslinqin oynadığı "Barbie" ilə Kilyan Mörfi, Robert Douni Jr, Mett Deymon kimi məşhurların rol aldığı "Oppenheimer" eyni vaxtda ekranlara çıxır.

Kristofer Nolan imzalı "Oppenheimer" ve Qreta Qerviqin müəllifi olduğu "Barbie" 21 iyulda göstəriləcək.

Qeyd edək ki, kassa təxminləri ilə bağlı son hesabatlara görə, "Barbie"nin Amerika kassalarında təxminən 45-55 milyon, "Oppenheimer"in isə 30-35 milyon dollara çıxacağı gözlənilir.

# 711 dəfə oxunub

Müəllifin son yazıları

# # #