Bal rəqsləri üzrə dünya çempionatı təşkil olunacaq

Bal rəqsləri üzrə  dünya çempionatı təşkil olunacaq
19 sentyabr 2023
# 15:00

Oktyabrın 28-29-da Bakıda bal rəqsləri üzrə dünya çempionatı keçiriləcək.

Kulis.az xəbər verir ki, tədbirin təşkilatçıları Azərbaycan Rəqs İttifaqının (AZDC) prezidenti, Xalq artisti Təranə Muradova, təsisçisi və prezidenti Olqa Krasnyanskayanın rəhbərlik etdiyi “Smooth Rhythm Dance Style” (SRDS) şirkətidir.

Təşkilatçıların missiyası Azərbaycanın mədəni dəyərlərini daha da gücləndirmək, ölkədə idman bal rəqsinin inkişafına təkan vermək, həm idman, həm də incəsənət elementlərini özündə cəmləşdirən, şəxsiyyətin, onun mənəvi və fiziki inkişafının harmoniyasına imkan verən bal rəqsinin mahiyyətini təqdim etməkdir. Dünyanın ən yaxşı cütlüklərinin təqdim olunacağı belə səviyyəli turnirdə beşqat dünya çempionları, Azərbaycanın Əməkdar idman ustaları Eldar Cəfərov və Anna Sajina çıxış edəcəklər.

Festivalda 50-yə yaxın ölkə təmsilçisinin çıxışı gözlənilir.

# 1234 dəfə oxunub

Müəllifin son yazıları

# # #