“Baku Steel Art 2024” mədəniyyətlər və üslublar arasında dialoq üçün platforma olacaq

“Baku Steel Art 2024”  mədəniyyətlər və üslublar arasında dialoq üçün platforma olacaq
21 sentyabr 2024
# 20:43

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 ərəfəsində “Baku Steel Company” QSC (BSC) və “QGallery” birlikdə təşkil etdikləri “Baku Steel Art 2024” adlı beynəlxalq metal simpoziumunun açılış mərasimi olub.

Kulis.az xəbər verir ki, sentyabrın 20-də simpozium iştirakçılarının çalışdığı əraziyə mediatur baş tutub. Mediatur zamanı 7 ölkədən gələn 12 simpozium iştirakçısı öz heyrətamiz əsərlərini nümayiş etdirməklə yanaşı, təcrübələrini bölüşüb, fikir mübadiləsi aparıb, bir-birlərini yeni bədii axtarışlara ruhlandırdıqlarını media nümayəndələri ilə paylaşıblar.

Simpoziumun təşkilində məqsəd incəsənət və metallurgiyanın ekoloji dəyişikliklər və davamlı inkişafın katalizatoru kimi çıxış edə biləcəyini nümayiş etdirməkdir. Bu beynəlxalq layihə qlobal ekoloji çağırışlar kontekstində incəsənət və sənayenin qarşılıqlı əlaqəsinə yeni baxış təklif edir. İki həftə davam edəcək sözügedən unikal tədbir, dünyanın hər yerindən yaradıcılığında bu materialın lütfünü və gücünü təcəssüm etdirən sənətkarların və rəssamların əlamətdar toplantısı olacaqdır.

Simpozium sentyabrın 30-dək davam edəcək.

# 524 dəfə oxunub

Müəllifin son yazıları

# # #