Bakının Baş Planının müəllifi olmuş memar vəfat etdi

Bakının Baş Planının müəllifi olmuş memar vəfat etdi
7 avqust 2023
# 15:10

Əməkdar memar Feyzulla Quliyev vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya memarın gəlini yazıçı, tərcüməçi Svetlana Turan məlumat verib.

Feyzulla Quliyev 2 fevral 1940-cı ildə Salyan rayonunun Arbatan kəndində anadan olub. Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsini bitirib.

Beş ilə yaxın Qazaxıstanda memar kimi fəaliyyət göstərən Feyzulla Quliyev uzun müddət Bakı Dövlət Layihə İnstitutunda məsul vəzifədə fəaliyyət göstərib və SSRİ dövründə tərtib edilmiş Bakı şəhəri Baş Planının yeganə azərbaycanlı müəllifi olub.

2007-ci ildə ona "Azərbaycan Respublikasının əməkdar memarı" fəxri adı verilib.

Memar Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru olub.

# 943 dəfə oxunub

Müəllifin son yazıları

# # #