“Bakıdan Gəncəyə” layihəsində konsert təşkil olunacaq

“Bakıdan Gəncəyə” layihəsində konsert təşkil olunacaq
2 sentyabr 2024
# 10:02

Sentyabrın 24-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Bakıdan Gəncəyə" layihəsi çərçivəsində klassik musiqi gecəsi keçiriləcək.

Kulis.az xəbər verir ki, layihə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının birgə təşkilatçılığı ilə baş tutacaq.

Konsert proqramında Xalq artisti Sevinc İbrahimova, Gəncə Dövlət Filarmoniyasının solistləri Rüstəm Cəfərov, Vasif Bayramov, Elmir Pişnamazzadə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Taleh Yahyayev, Günel Hacıyeva, Səma Həmzəyeva dünya və Azərbaycan bəstəkarlarının əsərləri ilə çıxış edəcəklər.

# 207 dəfə oxunub

Müəllifin son yazıları

# # #