Bakıdakı film festivalına ssenari qəbulu elan edildi

Bakıdakı film festivalına ssenari qəbulu elan edildi
18 avqust 2022
# 12:00

Noyabrın 11-dən 15-dək Bakıda keçiriləcək XIII Beynəlxalq Qısa Filmlər Festivalına qeydiyyat başlayıb.

Kulis.az xəbər verir ki, müəlliflər 30 dəqiqədən çox olmayan qısametrajlı filmlərini təqdim etməlidirlər. Həmçinin rejissorlar öz layihələrini beynəlxalq, yerli və “Cinemobil” müsabiqə bölmələrinə təqdim edə bilərlər.

13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının münsiflər heyəti noyabr ayında ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Bakı Beynəlxalq Qısa Filmlər Festivalının əsas mükafatı “Qızıl nar”dır. Bu, simvolik olaraq bətnində cənnətdən gələn onlarla toxum, ideya və enerji daşıyan qadını təsvir edir. “Qızıl nar”la yanaşı, festivalda bəzi nominasiyalar üzrə qaliblərə xüsusi mükafat və diplomlar təqdim ediləcək.

Festivalla bağlı daha ətraflı məlumatı festivalın saytından əldə etmək olar.

# 1198 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #