Bakıda tarixi abidəyə edilən müdaxilənin qarşısı alındı

Bakıda tarixi abidəyə edilən müdaxilənin qarşısı alındı
21 iyul 2023
# 18:40

Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 29 ünvanında yerləşən 3467 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə olunduğu aşkar edilib.

Kulis.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, müdaxilə faktı Dövlət Xidmətinin Bakı Regional idarəsinin əməkdaşları tərəfindən aşkar olunaraq, dərhal qarşısı alınıb. Abidənin fasadına vurulan rəng təmizlənib, tarixi tikili ilkin görkəminə qaytarılıb.

Dövlət Xidmətindən qeyd edilib ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.
Vurğulanıb ki, abidələrin qorunması haqqında qanunvericiliyi pozan şəxslər cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar.

# 1027 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #