Azərbaycan Dövlət Akademik Musiqili Teatrında XX əsrin əfsanəvi müğənnisi, “rok-n-roll kralı” Elvis Preslinin (1935–1977) ölməz mahnıları əsasında “Sən kralsan” müzikli hazırlanıb.
Kulis.az xəbər verir ki, rus dilində hazırlanan və Elvis Preslinin repertuarından ən məşhur mahnıların səsləndiyi müziklin libretto və quruluş müəllifi tanınmış rejissor və prodüser Ələkbər Tağızadədir.
Qeyd edək ki, üç gün premyerası gerçəkləşən tamaşa maraqlı süjet, möhtəşəm musiqi, rəqs-xoreoqrafiya səhnələri və məharətli aktyor oyunu ilə sənətsevərlərə yüksək zövq və uzun zaman undulmayacaq xoş təəssürat yaşadıb.