Bakıda “Nirvana” qrupunun hitləri səsləndiriləcək

Bakıda “Nirvana” qrupunun hitləri səsləndiriləcək
7 iyul 2022
# 16:10

İyulun 9-da Bakıda “Nirvana” qrupunun bir çox mahnılarının kaver versiyası və hər kəs tərəfindən sevilən hitləri səslənəcək.

Kulis.az xəbər verir ki, konsert proqramında, həmçinin “Metallica”, “Rammstein”, “AC/DC”, “Linkin Park”, “Green Day” kimi qrupların rok hitləri Azərbaycan rok qruplarının canlı ifası ilə təqdim olunacaq.

Qeyd edək ki, konsertdəki bütün mahnılar məşhur Bakı qrupları – “Coda” və “Noir” tərəfindən ifa olunacaq.


# 1042 dəfə oxunub

Müəllifin son yazıları

# # #