Bakıda müğənni qəza zamanı xəsarət aldı

Bakıda müğənni qəza zamanı xəsarət aldı
8 noyabr 2023
# 10:23

Bakının Xətai rayonunda yol qəzası baş verib.

Kulis.az APA -ya istinadən xəbər verir ki, hadisə Neapol dairəsinin yaxınlığında baş verib.

Ələkbərli Vəfa Maqsud qızı idarə etidyi “Toyota” markalı maşında sükana nəzarəti itirib. Nəticədə avtomobil beton maneəyə çırpılıb.

Yol nəqliyyatı hadisəsi zamanı sürücü xəsarət alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir. Hazırda xəstəxananın reanimasiya şöbəsindədir.

Qeyd edək ki, sürücü V.Ələkbərli müğənnidir.

# 596 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #