Bakıda “Cadı” türk filminin qala gecəsi oldu

Bakıda “Cadı” türk filminin qala gecəsi oldu
11 may 2024
# 11:30

Bakıda “CineMastercard” premium kinoteatrında “Cadı” (Cadugər) türk filminin qala gecəsi keçirilib.

Kulis.az xəbər verir ki, türkiyəli qonaqlar qırmızı xalıdan keçib və pərəstişkarları ilə foto çəkdiriblər.

Ekran əsərinin baş rollarını məşhur aktyorlar Furkan Andıç, Buse Meral və Çağdaş Onur Öztürk canlandırıblar. Filmin rejissoru isə Erman Bostandır.

Filmdə Osmanlı İmperiyasının dağılması zamanı gənc dul qadın Fikriyənin evlənmək məcburiyyətində qaldığı Naşit Nefi Əfəndi ilə bağlı cadugər dedi-qodularının sirrini aydınlaşdırmağa çalışarkən baş verən gərgin hadisələr və yaşadıqları malikanə ilə bağlı sirli hekayədən bəhs edir.

Baş rol ifaçısı Furkan Andıç filmin qala gecəsinin Bakıda keçirilməsindən qürur və xoşbəxtlik hissi duyduğunu vurğulayıb.

Film barədə danışan aktyor çəkiliş zamanı hər kəsin çox həvəslə çalışdığını deyib. Aktyorluq həyatı boyu xatırlayacağı təcrübələr qazandığını bildirən F.Andıç qısa müddətdə çox sürətli və gərgin hazırlıq prosesi keçirdiyini diqqətə çatdırıb.

Furkan Andıç Azərbaycan tamaşaçısına “Kara Tahta”, “Her Yerde Sen”, “Meryem” seriallarından yaxşı tanışdır.

Qeyd edək ki, Buse Meral “Bizim Hikaye”, “Destan”, “Baba” seriallarında, Çağdaş Onur Öztürk isə “Yuvamdaki Düşman”, “Avlu”, “Ömer” və digər layihələrdə rol alıb.

"AZERTAC"

# 829 dəfə oxunub

Müəllifin son yazıları

# # #