Bakıda bəhreynli rəssamın sərgisinin açılışı oldu

Bakıda bəhreynli rəssamın sərgisinin açılışı oldu
15 mart 2023
# 13:30

Heydər Əliyev bəhreynli rəssam Raşid Al Xəlifənin “İlk qığılcım” (First light) adlı sərgisinin açılışı olub.

Kulis.az xəbər verir ki, sərgisində Raşid Al Xəlifənin ən son instalyasiyaları nümayiş etdirilib.

Müəllifin “Balıq tələsi”, “Mozaika”, “Biz canlı olan hər şeyi sudan yaratdıq”, “Dairəvi əks-etmə” kimi əsərləri ilk dəfə Heydər Əliyev Mərkəzində təqdim edilib. Bu, rəssamın Azərbaycandakı ilk sərgisidir.

Sərginin açılışından öncə jurnalistlərə açıqlama verən Raşid Al Xəlifə Bakıda olmaqdan məmnunluq hissi keçirdiyini söyləyib: “Mən çox şadam ki, Bakını gördüm və öz sənət nümunələrimi bu gün Heydər Əliyev Mərkəzində nümayiş etdirə bilirəm. Özümlə gətirdiyim sənət nümunələrinin bəziləri məhz bu sərgi üçün hazırlanıb. Bakını ziyarət etmək mənə bir neçə dəfə tövsiyə olunub. Mən Bakını bu Mərkəzin açılışından sonra görmək istəyirdim və burda öz əsərlərimi nümayiş etməkdən böyük şərəf hissi duyuram”.

Raşid Al Xəlifə müxtəlif beynəlxalq sərgilər, incəsənət yarmarkaları və biennalelərin iştirakçısıdır. Hazırda o, Bəhreyn İncəsənət Şurasının sədridir. Təsis etdiyi RAK Art Foundation isə həm də gənc rəssamlara dəstək göstərir.

Sərgi sentyabrın 10-dək davam edəcək.

# 912 dəfə oxunub

Müəllifin son yazıları

# # #