Bakı rusiyalı aparıcılardan imtina etdi - Murad Dadaşov aparacaq

Bakı rusiyalı aparıcılardan imtina etdi - Murad Dadaşov aparacaq
16 iyul 2025
# 12:50

Bakıda keçiriləcək “Dream Fest 2025” beynəlxalq musiqi festivalı rusiyalı aparıcılardan imtina edib.

Kulis.az xəbər verir ki, əvvəlcə tədbirin aparıcıları kimi rus əsilli serb aktyor Miloş Bikoviç və teleaparıcı Regina Todorenko elan edilib.

Rusiyadan gələn tamaşaçılar kütləvi şəkildə festival üçün aldıqları biletləri qaytarmağa başlayıblar. Bundan sonra təşkilatçılar rus aparıcıları yerli məşhurlarla - aktyor Murad Dadaşov və prodüser Hüsniyə Məhərrəmova ilə əvəzləyiblər. Lent.az

# 194 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #