“Bakı K-pop Festivalı-2024”ün açılış mərasimi keçirildi

“Bakı K-pop Festivalı-2024”ün açılış mərasimi keçirildi
6 sentyabr 2024
# 16:48

Sentyabrın 6-da Koreya Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakı Musiqi Akademiyasının (BMA) nəzdindəki Opera Studiyasında “Bakı K-pop Festivalı-2024”ün açılışı olub.

Kulis.az xəbər verir ki, festivalda 600-ə yaxın azərbaycanlı həvəskar izləyici qismində iştirak edib.

Festivalın ilkin seçimləri üçün 29 komanda müraciət edib. Yekun mərhələdə isə rəqs kateqoriyası üzrə altı, vokal bölməsindən isə üç komanda seçilib. Onların təqdim etdiyi rəqs və musiqi nömrələri maraqla qarşılanıb.

Sonda qaliblər mükafatlandırılıb.

# 282 dəfə oxunub

Müəllifin son yazıları

# # #