“Bakı Dövlət Universiteti -105” adlı kitab sərgisi təqdim olundu

“Bakı Dövlət Universiteti -105”  adlı kitab sərgisi təqdim olundu
31 avqust 2024
# 10:47

Milli Kitabxanada Bakı Dövlət Universitetinin təsis edilməsinin ildönümü ilə əlaqədar “Bakı Dövlət Universiteti -105” adlı ənənəvi geniş kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, sərgidə müsəlman Şərqində ilk Avropa tipli ali təhsil ocağının - Azərbaycanın nüfuzlu elm və təhsil mərkəzi olan Bakı Dövlət Universitetinin keçdiyi tarixi və şərəfli inkişaf yolundan, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin universitetə xüsusi qayğısından, Prezident İlham Əliyevin dövlət strategiyası əsasında təhsil sahəsində aparılan islahatlardan, yüksək ixtisaslı kadr potensialının davamlı olaraq artırılması istiqamətində görülən işlərdən, müasir Azərbaycanın ali təhsil sisteminin təkmilləşdirilməsində və elmin inkişafında universitetin rolundan, yeni əsrdə qarşıda duran hədəflərdən bəhs edən monoqrafiyalar, dərsliklər və s. Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

Qeyd edək ki, sərgi bir həftə davam edəcək.

# 841 dəfə oxunub

Müəllifin son yazıları

# # #