Bakı Bələdiyyə Teatrı “Xan qızı” tamaşasını təqdim etdi

Bakı Bələdiyyə Teatrı “Xan qızı” tamaşasını təqdim etdi
4 iyun 2024
# 13:00

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Bakı Bələdiyyə Teatrının (BBT) səhnələşdirdiyi “Xan qızı” tamaşası nümayiş olunub.

Kulis.az xəbər verir ki, tamaşa Xalq yazıçısı, dramaturq İlyas Əfəndiyevin 110 illiyi və Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr edilib.

Təqdimatdan sonra ekranda Xalq artisti Amaliya Pənahovanın vaxtilə tamaşada yaratdığı obraz nümayiş olunub.

Səhnə əsərinin rejissoru Mərahim Fərzəlibəyov və Xurşidbanu Natəvan obrazını ifa edən aktrisa Ülviyyə Rza Teatr Xadimləri İttifaqının Fəxri fərmanına layiq görülüblər.

# 298 dəfə oxunub

Müəllifin son yazıları

# # #