"Bacarmırlarsa, məni çağırsınlar, başa salım" - Ədalət Şükürov AYNA-ya meydan oxudu

"Bacarmırlarsa, məni çağırsınlar, başa salım" - Ədalət Şükürov AYNA-ya meydan oxudu
9 oktyabr 2024
# 16:06

"Bizim yollardan çox narazıyam. Həddindən artıq. Avtobus zolağı bir, velosiped zolağı iki, balaca yolu bölürlər. Tıxaclar da artdıqca artır. Buna da səbəb həmin balaca yolu zolaqlara ayırmalarıdır. Tıxacların 80 faizi elə həmin zolaqlara görə yolların balacalaşmasından yaranıb".

Kulis.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov APA TV-nin "Ekstra müsahibə" layihəsində qonaq olarkən deyib.

O, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətindən narazı olduğunu qeyd edib:

"AYNA-dan çox narazıyam. Orada peşəkarlar işləməlidirlər. Peşəkarlar dəvət etmək lazımdır. Yoxsa ki, biri maşını qoydu, tez onu çəkdilər, cərimə etdilər. Bu nə qədər düzgündür? Yaxşı qazanc yeri tapıblar. Narazıyam, buradan da deyirəm, əgər bu işi bacarmırlarsa, xarici ölkələrdə şirkətlər var, onları dəvət etsinlər. Amerikada, İngiltərədə yolları idarəetmə şirkətləri mövcuddur. Gəlib yarım il ölkədə yaşayıb yolun səmtini dəyişirlər. Bacarmırlarsa, məni çağırsınlar, başa salım. Bizdə bir çox yollar dalandır, onları açın da. Bir-ikisi açılıb, hərəkət var. Niyə o yolları açmırlar? İmkan da var. Nəinki mən, 99 faiz avtomobil idarə edənlər narazıdırlar".

# 1030 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #