AzTV-nin əməkdaşı vəfat etdi

AzTV-nin əməkdaşı vəfat etdi
11 mart 2025
# 13:53

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin əməkdaşı 47 yaşlı Səfərov Rəhman Namaz oğlu vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə AzTV sosial media hesabında məlumat yayıb:

"AzTV kollektivi adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik.

Qeyd edək ki, Səfərov Rəhman 1998-ci ildən AzTV-də çalışıb. 27 illik əmək fəaliyyəti dövründə televiziyanın Təsərrüfat İşləri Departamentinin Dekorasiya qrupunda böyük usta vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!"

# 226 dəfə oxunub

Müəllifin son yazıları

# # #