Azərbaycanlı uşaq yazıçısı “Kiçik Nobel” aldı

Azərbaycanlı uşaq yazıçısı “Kiçik Nobel” aldı
30 mart 2022
# 12:18

Uşaq yazıçısı Solmaz Amanovanın “Cəsur ayı və dostları” kitabı Beynəlxalq Uşaq Kitabı Şurasının (IBBY) fəxri siyahısında dördüncü olub.

Kulis.az xəbər verir ki, IBBY tərəfindən təsis edilən Hans Xristian Andersen mükafatı uğrunda 163 müəllif, illüstrator və tərcüməçilər mübarizə aparıb.

Hans Xristian Andersen mükafatı, dünyanın ən nüfuzlu ədəbi mükafatlarından sayılır, hətta “Kiçik Nobel mükafatı” da adlanır. Bu mükafat yalnız həyatda olan laureatlara verilir.

Beynəlxalq Uşaq Kitabı Şurası (IBBY) İsveçrədə, Sürix şəhərində 1953-cü ildə yaradılıb. Hazırda IBBY-nin dünya üzrə 80 Milli Bölməsi fəaliyyət göstərir.

F.Köçərli adına Respublika Uşaq Kitabxanası IBBY-nin rəsmi üzvüdür və həmin təşkilatla əməkdaşlıq edir.

# 1623 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #