Azərbaycanlı tarzən beynəlxalq musiqi festivalında çıxış etdi

Azərbaycanlı tarzən beynəlxalq musiqi festivalında  çıxış etdi
14 sentyabr 2023
# 13:53

Çinin Şençjen şəhərində Kəmər və Yol Təşəbbüsü Beynəlxalq Musiqi Festivalı başlayıb. Festivalın açılış mərasimi Çinin ən böyük konsert salonlarından biri olan "Shenzhen Concert Hall"da reallaşıb.

Kulis.az xəbər verir ki, festivalın açılış mərasimində ölkəmizi Əməkdar artist, tarzən Sahib Paşazadə təmsil edib.

Təntənəli mərasimdə Sahib Paşazadə ilə birlikdə amerikalı tenor Conatan Tetelman, rumın opera müğənnisi Ancela Qeorqiu, tanınmış dirijor Kiprian Teodoraşku, məşhur italyan pianoçu Edoardo Turbil və başqaları fəxri qonaq qismində eyni səhnəni bölüşüblər.

Sahib Paşazadə Şençjen Simfonik Orkestri ilə birlikdə Həsən Rzayevin “Çahargah rapsodiyası” və Çin xalq musiqilərindən ibarət kompozisiya təqdim edib. Tarzən, həmçinin festivalın açılış günü 30-dan çox KİV-in iştirakı ilə təşkil edilən brifinqdə Azərbaycan muğamı və tarı haqqında ingilis dilində geniş məlumatı diqqətə çatdırıb.

# 831 dəfə oxunub

Müəllifin son yazıları

# # #