Aprelin 24-də Türkiyənin İstanbulda Mask-Kara Teatrının Tamer Levent səhnəsində “Teatr” (“Tiyatro”) qəzetinin təsis etdiyi “Beynəlxalq Anadolu Teatr Mükafatları”nın 8-ci təqdimat mərasimi keçirilib.
Kulis.az xəbər verir ki, “Tiyatro” qəzetinin və TÜRKSOY-un birgə təşkil etdiyi mərasimdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının baş rəssamı Mustafa Mustafayev Türk dünyasının “Ən yaxşı səhnə qrafikası üzrə rəssam”ı mükafatına layiq görülüb.
Qeyd edək ki, Teatr qəzeti bu günə qədər əsasən Türkiyə, Makedoniya, Azərbaycan, Almaniya, İngiltərə, Moldova, Qazaxıstan, Qırğızıstan və Rusiyadan olan 365 teatr sənətçisini mükafatlandırıb.
- Dostunun sevgilisini əlindən aldı, həyat yoldaşına şər atdılar, uşaqlarına özü baxdı – Xalq artisti haqqında bilmədiklərimiz...
- Səməd Vurğundan bir MÜHARİBƏ ŞEDEVRİ
- Facebookun 10 tipi SİZ HANSINDANSIZ?
Bu il mükafat kateqoriyası siyahısında Türkiyədən 17 şəhər və Almaniya, Şimali Makedoniya, İtaliya, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətindən olan sənətçilər yer alıb.